Qısa məzmun
Corn Processing Company İnsan Resursları üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Oğuz şəhəri
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 900 – AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbənin müdirinə
İşin təsviri:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
- İşçilərin şəxsi işlərini tərtib etmək;
- Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
- Qanunvericiliyə uyğun olaraq Əmək haqqı hesablanmasını həyata keçirtmək (növbəli iş qrafikində);
- Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
- Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
- Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;
- Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
- Şəxsi işlərin arxivini aparmaq;
- Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
- Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;
Namizədə dair tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır)
- Bölgələrdən olan namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini e-mail ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin).
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...