Qısa məzmun
EMSA Food MMC şirkəti İnsan Resursları şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İnsan resursları sahəsində təcrübə minimum 5 il;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
- Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində olan bölmələrin işlərinə nəzarət və işlərinin planlaşdırılması;
- Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
- Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
- İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
- Vakansiyalara olan namizədlərlə görüşlərin keçirilməsi;
- Əməkhaqqı və vəzifə dəyişiklikləri iə əlaqədar sorğuların ilkin cavablandırılması və təstiqə göndərilməsi;
- Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
- Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
- Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
- Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
- Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması .
İş şərtlərimiz:
- Əmək haqqı namizədin bilik və bacarığına görə tənzimlənir.
- İş qrafiki : (6 gün);
- Şirkət hesabına nahar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...