Qısa məzmun
Azertexnolayn LLC şirkətiİnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərini hazırlamaq, aidiyyəti şöbələrdən gələn hazır sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq, əmək fəaliyyəti ilə bağlı dəyişiklikləri şəxsi işlərə əlavə etmək,
- İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən azad olunma proseslərini həyata keçirmək,
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparmaq, əmrləri tərtib etmək, növbəti il üçün məzuniyyət qrafikini təşkil etmək,
- İşçilərin müqavilə müddətlərini nəzarətdə saxlamaq və dəyişiklik proseslərini icra etmək,
- Ştat cədvəlinin və aylıq ştat əmrlərinin tərtib edilməsi,
- İşçilərin icbari sığorta əməliyyatlarını müvafiq portalda icra etmək,
- Mükafatlandırma prosesini yoxlamaq və icra etmək, ümumi əmrləri tərtib etmək,
- Aidiyyatı üzrə dövlət qurumları ilə şirkət arasında qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlığın təşkilini həyata keçirmək (Məşğulluq mərkəzləri, Nazirliklər, Universitetlər, Peşə məktəbləri və s.),
- Aylıq, rüblük və illik hesabatlarının hazırlanması, Şirkətə dəvət olunan əcnəbi işçilərin Miqrasiya işlərinin icrası (İş və müvəqqəti yaşamaq icazəsi, visa və digər icazələrin alınması prosesi)
Seçim meyarları:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
- Təhsili/ixtisası: Ali təhsil (Menecment, İqtisadi sahələr üzrə üstünlükdür)
- Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
- Dil bilikləri: İngilis və Rus dili biliyi irəli səviyyədə bilmək
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
- Cins: Bəy namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Struktur: İnsan Resursları Şöbəsi
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...