Qısa məzmun
Sapphire Hotels Group İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumatlar:
- Kadrlara olan tələbatın təmin edilməsi (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi);
- Şirkətin ştat cədvəlinin yaradılması və ləğv edilməsi, işə qəbul,işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi;
- Şəxsi iş sənədlərinin toplanması və sənəd nümunələrinin hazırlanması;
- İşə qəbul,vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam,məzuniyyət, ezamiyyət, sosial, avans əmrlərinin hazırlanması və sənədləşdirilməsi;
- Əmək müqavilələri, əmək müqaviləsinə əlavə, məxfilik və tam maddi məsuliyyət müqavilələrinin hazırlanması;
- Akt, protokol, xasiyyətnamə və arayış sənədlərinin hazırlanması;
- Məzuniyyət qrafikinin hazırlanmsı və qeydiyyatının aparılması;
- Ezamiyyətin sənədləşdirilməsi;
- Aylıq tabellərin hazırlanması;
- Əmək kitabçalarının açılması və doldurulması;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: 1 ildən 3 ilə kimi otel sahəsində təcrübə;
- Kompüter bilikləri: MS Office (Excel);
- Azərbaycan, rus və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- İş saatları: I-V günlər, 10:00-19:00.