Qısa məzmun
Mover MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçinin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad və s. müvafiq proseslərinin bilavasitə Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə ümumi proses olaraq nəzarət edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və əmək kitabçalarının doldurulması;
- Əmək müqaviləsinin şərtlərini və müəssisədaxili intizam qaydalarını pozduğu təqdirdə işçilərin izahatlarının alınması və müvafiq intizam tədbirlərinin görülməsi;
- İşə qəbul prosesinin aparılması;
- Aylıq olaraq işçilərin davamiyyətlərinə nəzarət edilməsi və davamiyyətsizlik hallarında müvafiq tədbirlərin görülməsi, tabelin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 2 illik iş təcrübəsi;
- Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili;
- Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətli, çevik və səbirli olmalı;
- Analitik düşüncə və problemləri həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...