Qısa məzmun
166 Yükdaşıma və Logistika İnsan Resursları üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: 800-1000
İş barədə məlumat:
- EHP – da ştat cədvəlinin yaradılması və ləğv edilməsi,işə qəbul,işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin,eyni zamanda xəstəlik vərəqələrinin,sosial və birdəfəlik müavinətlərın işlənməsi;
- Şəxsi iş sənədlərinin toplanması və sənəd nümunələrinin hazırlanması;
- İşə qəbul,vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam,məzuniyyət,ezamiyyət, sosial, avans əmrlərinin hazırlanması və sənədləşdirilməsi;
- Ştat cədvəllərinin hazırlanması;
- Kadrlara olan tələbatını təmin edilməsi (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi);
- Əmək müqavilələri, əmək müqaviləsinə əlavə, məxfilik və tam maddi məsuliyyət müqavilələrinin hazırlanması;
- Akt, protokol, xasiyyətnamə və arayış sənədlərinin hazırlanması;
- Sosial müavinatlarla bağlı bütün sənədlərin hazırlanması
- Məzuniyyət qrafikinin hazırlanmsı və qeydiyyatının aparılması;
- Ezamiyyətin sənədləşdirilməsi;
- Aylıq tabellərin hazırlanması;
- Əmək kitabçalarının açılması və doldurulması.
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə sahibi olmaq;
- Dil bilikləri: Azərbaycan (səlis), Rus dilini (əla);
- Elektron Hökumət Portalında işləyə bilmək;
- Kompüter bilikləri: MS Word, MS Excel, MS Power Point;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;
İş şəraiti:
- İş qrafiki: İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “İnsan Resursları üzrə Baş Mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...