Qısa məzmun
A+Co ASC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
Tələblər:
- Müvafiq sahədə ali təhsil ;
- Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Microsoft Office proqramları bilikləri;
- Azərbaycan dili və rus dili bilikləri, İngilis dili biliyi əlavə üstünlükdür.
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi üzrə irəli səviyyədə bilgilər;
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin hazırlanması və elektron Hökumət Portalına daxil edilməsi və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- İş vaxtı uçotunun aparılması və aylıq tabellərin hazırlanması;
- Şirkətin sosial layihələrinin həyata keçirilməsində iştirak edilməsi.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.