Qısa məzmun
Ricon MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək;
- İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq;
- Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək;
- İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək;
- İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
- Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq;
- İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək;
- Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək;
- Əmək haqqı hesablanılması prosesində iştirak etmək:
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir
İş qrafiki:
- Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
- İstirahət günü – Şənbə və Bazar günləri
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək
- Azərbaycan dilini mükəmməl bilməli, rus dilini yaxşı səviyyədə bilməli
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı
- Stresə davamlılıq
- İnformasiyanın təhlili və analiz etmək bacarığ
- İnsan resursları sahəsində azı 4 il təcrübəsi (tikinti sektorunda təcrübəsi olmağı üstünlükdür)
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində ” İnsan resursları üzrə mütəxəssis” qeyd edərək hr@ricon.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...