Qısa məzmun
Ə/h 800 AZN. Kontakt Home İnsan resursları üzrə mütəxəssis (HR Specialist) vəzifəsi üzrə vakansiya elan edir. İş qrafiki: I-V günlər, 09:00-18:00.
Vəzifə öhdəlikləri:
- Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
- Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı;
- Gündəlik müsahibə cədvəlinin aparılması;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
- Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
- Müsahibə nəticələrinin database-nin aparılması;
- İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
- İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi – 1 ildən artıq;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
- Microsoft Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.
Şəxsi keyfiyyətlər:
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
- Stres altında işləmək bacarığı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 800 AZN-dən
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...