İnsan resursları üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-650 AZN. AEV MMC İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, müəssisə rəhbərinin qaydalarına və əmrlərinə, habelə digər müəyyən edilmiş kadr sənədlərinə uyğun olaraq işçilərin qəbulu, vəzifə dəyişikliyi və xitam üzrə müvafiq sənədlərin hazırlanmasını tərtib edir.
  • Əməkdaşların şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi, mütəmadi qovluqların yenilənməsi
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılması, qeydiyatların aparılmas
  • İllik məzuniyyət cədvəllərinin hazırlanması, müntəzəm olaraq məzuniyyət cədvəllərinin hazırlanmasına və uyğunluğuna nəzarət etmək
  • Müəssisənin bölmələrində işçilər tərəfindən daxili intizam qaydalarına riayət edilməsini izləyir.
  • E- gov portalda müvafiq məlumatların daxil edilməsi
  • 1C proqramında müvafiq məlumatların daxil edilməsi
  • Bütün sənədləşmə işlərini “AEV” MMC – nin vahid sənəd fomalaraına uyğun olaraq tərtib edir
  • Kadrların hərəkəti üzrə hesabatları hazırlayıb rəhbərliyə təqdim edir.

Tələb olunan biliklər:

  • Kadrların uçotunun təşkili qaydaları, qanunvericilik və normativ hüquqi aktlar, metodoloji materiallar;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza bilikləri ;
  • Müəssisənin strukturu və işçi heyəti;
  • Müəssisə işçilərinin əmək kitabçalarının və şəxsi sənədlərinin qeydiyyatı, aparılması və saxlanılması qaydası;
  • İşçilərin peşələrinin adlarının və işçilərin vəzifələrinin, iş stajının hesablama qaydaları
  • Kargüzarlıq qaydaları
  • Daxili intizam qaydaları
  • Əməyin mühafizəsi, təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydaları və normaları.

Namizədə tələblər:

  • Müvafiq sahədə təcrübə: 1-2 il
  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Azərbaycan, İngilis dili arzuolunandır
  • Yaş həddi: 20-40
  • Ofis proqramları ,1C

İş şərtləri:

  • 6 günlük iş həftəsi
  • İş saatı 9:00 –dan 18:00 -dək
  • İstirahət günü: Bazar günüdür
  • Əmək haqqı 500-650 AZN əmək haqqı

Namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində “ İnsan resursları üzrə kiçik mütəxəssis ” qeyd etməklə müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı