Qısa məzmun
Ikma Insan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti:
- Ünvan: AGA Business Center, Baku, Azerbaijan
- İş saatı: 5 / 7; 9:00-18:00
- Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaqdır.
Vəzifə öhdəlikləri:
- İşçilərin işə qəbulu, işdən azad olunması və digər kadr hərəkətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi;
- Əmək məzuniyyətlərinin planlaşdırılması və məzuniyyət qrafikinin hazırlanması;
- İşçilərin son haqq-hesab sənədlərinin tərtib olunması və icrası;
- Aylıq iş vaxtı cədvəllərinin (tabel) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Ezamiyyət əmrlərinin və əlaqədar sənədlərin hazırlanması;
- Kadrlarla bağlı bütün sənədlərin düzgün və vaxtında yığılması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədlərin düzgün tərtibi və aparılması.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür);
- Kadr sahəsində azı 1 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və HR sənədləşməsi ilə bağlı praktik biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmə bacarığı;
- Diqqətli, məsuliyyətli və sistemli iş qabiliyyəti.
Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...