Qısa məzmun
VELİEV MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
- İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və s. əmrləri hazırlamaq;
- Məlumatların Elektron Hökumət Portalına daxil etmək;
- Kadr uçotunu aparmaq, İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq, Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- İşçilərin disiplininə və dəvamiyyətinə nəzarət edilməsi;
- İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsini təmin edir;
- Gərəkli sənədləşmə işlərini həyata keçirmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;.
- Komandada işləmək bacarığı;
- Diqqətli və məsuliyyətli olmaq;
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İR üzrə mütəxəssis” qeyd edərək hr@veliev.az elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...