Qısa məzmun
Regency Consulting and Tax Solutions MMC İnsan resurları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Regency Consulting and Tax Solutions MMC
Cəmiyyətimiz 2020-ci ildən öz fəaliyyətinə başlamışdır və 4 ildən artıqdır ki, yerli bazarda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi, mühasibatlıq və kadr məsələləri üzrə xidmət göstərir. Belə ki, mühasibatlıq sahəsində bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.
İş barədə məlumat:
- İş barədə məlumat:
- * Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsi ;
- * Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması ( məzuniyyət, ezamiyyə,, işə qəbul, mükafat və s.) ;
- * Əmək haqqı kartı sifarişlərinin verilməsi;
- * Tabellərin tərtib edilməsi;
- * 1C proqramında gündəlik əməliyyatların icrası
- * Sosial məzuniyyətlərə dair əməliyyatların icrası;
- * Aylıq, rüblük statistika hesabatlarının verilməsi;
- * İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı əməliyyatlar;
- * Kadr sənədlərinin uçotunun aparılması;
- * Müştərilər tərəfindən daxil olan digər gündəlik sorğuların icrası.
İş şəraiti:
- * Həftədə 5 iş günü, saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
- * Koorporativ mobil nömrə;
- * Əmək haqqı – 700-800 AZN ;
- * İlkin olaraq, 1 həftə sınaq müddəti təyin olunur. Sınaq müddəti ödənişsizdir.
Namizəd üçün tələblər:
- Ali və ya orta təhsil;
- İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi;
- Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
- İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər);
- ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı;
- Azərbaycan və Rus dilində səlis danışıq və yazışma bacarığı vacibdir.
Namizədlərdən “cv”-lərini cv@rcts.az elektron poçt ünvanına mövzu yerində “ İnsan resurları üzrə mütəxəssis ” başlığı yazmaqla göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Zuleykha Accessories Ofis/ kargüzarlıq üzrə təcrübəçi vakansiyası elan edir. ...