İnşaatçı mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qartal Construction Company İnşaatçı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilməsi arzuolunandır.

  • Vəzifə: Qartal firmasında tikinti obyekti üzrə sahə rəisi – İnşaatçı mühəndis
    İşəgötürən: Qartal Tikinti Firması
  • İş yeri: Əsas iş yeri Xəzər dənizindəki SOCAR-ın neft platformaları olacaq, platformada iş olmadığı müddətdə Qartal Tikinti Firmasının Sumqayıt şəhərində yerləşən baş ofisi və ya Azərbaycan Respublikası ərazisində tikinti sahələrinə ezam oluna bilər
    Əmək haqqı: 700-1500 AZN

Tələblər:

  • Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
  • İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
  • Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
  • İngilis dilini bilməsi arzuolunandır;
  • Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İş haqqında məlumat:

  • SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə rəhbərlik edilməsi;
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
  • İşlərin yüksək Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.

İşçi üçün şərait:

  • SOCAR-ın neft platformasında işlədikdə maksimum 1 ay müddətinə dənizə ezam ediləcək. 1 ay bitdikdən sonra istirahət üçün ofisə dönəcək, lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
  • Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək;
  • Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Baza günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.

Əlaqə vasitələri:

  • Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində “Qartal firmasında tikinti obyekti üzrə sahə rəisi – İnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.
  • Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı