İnşaatçı mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC İnşaatçı mühəndis elektronçu vəzifəsi üzrə vakansiya elan edir.

Peşə biliklərinə dair tələblər:

  • Bina və qurğuların inşaat layihələrinin və tikintiyə icazələrin alınması üçün sənədlər toplusunun hazırlanması.
  • Layihələndirmə prosesləri üçün texniki tapşırıqların hazırlanması.
  • İnşaat layihələrinin yoxlanması və analizi.
  • İnşaat layihələrinin hazırlanması üzrə istifadə olunan layihə proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı (AutoCAD,
  • MicrostationV8, CiVİL 3D, Gant Chart və Ofis proqramları)
  • İnşaat layihələrinin verilmiş texniki tapşırığa, Azərbaycan respublikasında quvvədə olan İN və Q -na uyğun layihələndirilməsinə nəzarətin təşkilini bilməlidir.
  • Seçilmiş podratçı şirkətlərin, texniki qiymətləndirilməsinin sənədlər toplusunun hazırlanması.
  • Tikinti sahələrinə baxış və tikintinin layihəyə uyğun icrasına nəzarətin təşkili.
  • Təmir tikinti işlərinə BOQ-lərin smetaların hazırlanması.
  • Eskiz layihələrin hazırlanması, hazırlanmış eskiz layihələr əsasında inşaat işlərinin həyata keçirilməsinin təşkili.
  • Təmir tikinti işlərində material sərfiyatının hesablanması.
  • Tikinti sahələrinə mühəndis topoqrafiya və mühəndis geoligiya işlərinin yerinə yetirilməsi üçün texniki tapşırıqların hazırlanması.
  • Təmir tikinti işləri üzrə illik və yarımillik büdcələrin hazırlanması.
  • Azərbaycan respublikasında qüvvədə olan İN və Q rını bilməli və onlardan istifadə etmək bacarığına malik olmalıdır.
  • Detalların eskiz cizgilərin hazırlanması və həmin cizgilərdən istifadə etmək bacarığına malik olmalıdır.
  • Beton sement qum məhlullarinin hazırlanması qaydalarını və onlardan inşaatda istifadə normalarını bilməlidir.
  • Sement qum məhlullarinda betonlarda sement/su münasibətlərıni normativ qaydalara görə yoxlanması metodikasını bilməlidir.
  • Texniki şöbənin planlama mühəndisi ilə birlikdə şirkət üzrə təmir tikinti işlərinin qrafiklərinin hazırlanması

Ümumi tələblər:

  • Tələb olunan ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahələrdə 5 ildən çox iş təcrübəsi;
  • Texniki Rus dili üzrə biliklər;
  • İngilis dilləri üzrə biliklər arzuolunandır;
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • Analitik qabiliyyətlər.

Əlavə məlumat:

  • İş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan şəxslər öz CV formalarını hr@azsf.az elektron poçt ünvanına başlıq yerində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı