Yandex-watch
İnşaat mühəndisi peşəsi üzrə vakansiya — AZEA Group — iş elanları 2021

İnşaat mühəndisi peşəsi üzrə vakansiya 2020 / 2021

istifadəçilərinə kampaniya! 1 noyabra qədər qeydiyyatdan keç, növbəti 3 ay ərzində  bütün xidmət və endirimlərə əlavə 5% qazan. StartPoint - idman komplekslərini birləşdirib mobil tətbiqi və vebsaytı üzərindən müştərilərə xidmət göstərən platformadır.
  • Vahid qeydiyyat ilə sənə ən uyğun və ən yaxın kompleksin xidmətlərindən yararlan.
  • Kampaniyalar barəsində ətraflı məlumat al.
  • Feedback sistemi vasitəsilə seçim et.
  • Paketlərini və gedişlərini izlə.
www.startpoint.az
istifadəçilərinə kampaniya! 1 noyabra qədər qeydiyyatdan keç, növbəti 3 ay ərzində  bütün xidmət və endirimlərə əlavə 5% qazan. StartPoint - idman komplekslərini birləşdirib mobil tətbiqi və vebsaytı üzərindən müştərilərə xidmət göstərən platformadır.
  • Vahid qeydiyyat ilə sənə ən uyğun və ən yaxın kompleksin xidmətlərindən yararlan.
  • Kampaniyalar barəsində ətraflı məlumat al.
  • Feedback sistemi vasitəsilə seçim et.
  • Paketlərini və gedişlərini izlə.
www.startpoint.az

AZEA Group İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Mühəndis vakansiya 2021

AZEA Group MMC inşaat şirkəti haqqında ətraflı məlumatı www.azea.az saytından əldə edə bilərsiniz.

HÖRMƏTLİ NAMİZƏD BU VAKANSİYA ÜÇÜN CV GÖNDƏRMƏKDƏN ƏVVƏL ELANI DİQQƏTLƏ VƏ SONA KİMİ OXUMANIZI XAHİŞ EDİRİK. YALNIZ TAM ƏMİN OLDUĞUNUZ HALDA CV GÖNDƏRİN.

CV-nizi (yalnız foto ilə və Azərbaycan dilində) [email protected] e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İnşaat Mühəndisi) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

VƏZİFƏNİN ADI: İnşaat Mühəndisi
ƏMƏK HAQQI: Əmək haqqı gözləntisini namizəd CV-də qeyd etsin;
HESABAT VERİR: Baş direktora;
MƏHSUL VƏ XİDMƏTLƏR: Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz, landşaft, interyer eksteryer və layihələrilməsi (dizayn), tikintisi və təmiri.

Uğurlu namizəd hansı vəzifələri icra edəcək:

  • Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub olmamasına riayyət etmək;
  • İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
  • İcraçı inşaat briqadalarının iş bölgülərini müəyən və təyin etmək, onlara istehsalat tapşırıqlarını vermək;
  • İşlərə inşaat mühəndislik baxımından rəhbərlik və işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin etmək;
  • İnşaat işlərinin layihə meneceri ilə birlikdə planlaşdırımaq və müvafiq plan hazırlamaq;
  • İnşaat layihələrinin icra olunduğu ərazilərə baxış keçirmək və işlərin gedişatını monitorinq etmək (bölgələrdə gedən inşaat obyektləri də daxil olmaqla);
  • Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlamaq və onların işinin istiqamətləndirmək;
  • Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri, sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
  • Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına dair texniki rəy vermək;
  • Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına dair texniki rəy vermək;
  • İnşaat işlərinin tikinti qaydalarına, normativlərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayyət olunmasına nəzarət etmək;
  • Tikinti-quraşdırma işləri ilə əlaqədar, müəyyən edilmiş obyektdə iş planın hazırlanması işlərin aparılma layihəsinə, tikinti normalarına, qaydalarına, normativ sənədlərə, tikinti prosesinə, işçi çertyojlarına, uyğun olaraq tərtib olunmasını, icrasını, habelə icra zamanı riayət edilməsinə dair nəzarəti təmin etmək;
  • Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
  • İnşaatla əlaqədar dövlət qurumları ilə sənədləşmə işlərinin koordinasiyasını aparmaq;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə, istifadə olunacaq tikinti materiallarının və görüləcək tikinti işlərinin müvafiq keyfiyyətinin riayyət olunmasında təmin olunmasına nəzarət etmək;
  • Planlaşdırma zamanı hansı tikinti materialları istifadə olunacağına qərar vermək;
  • Layihənin yaradılması və işçi qrupunun seçimində iştirak etmək;
  • Layihə-smeta sənədlərinin daxili ekspertizasını aparmaq, kiçik həcmli lokal smetaları tərtib etmək;
  • Xərclərin ixtisarı, tikinti keyfiyytəinin yaxşılaşdırılması, tikinti büdcəsinin səmərəli istifadəsinin təmin etmək;
  • Tikinti ehtiyatlarının qənaətlə istifadəsi, daha əlverişli və təhlükəsiz əmək şəraitnin yaradılması üzrə tədbirləri həyata keçirmək;
  • Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək.

Tələblər:

  • Ali texniki təhsil (İnşaat Mühəndisi diplomu);
  • Müvafiq sahədə (inşaat mühəndisi vəzifəsində) 5 (beş) ildən az olmamaq şərtilə iş təcrübəsi;
  • Şifahi və yazılı Azərbaycan dilini mükəmməl bilməli. Rus/ingilis dilləri namizəd üçün əlavə üstünlükdür;
  • Kompüter bilikləri; MS Office (World, Excel, MS Project) AutoCAD, ArchiCAD proqramlarından peşəkarcasına istifadə etməyi bilməlidir;
  • Layihəçəkmə və planlaşdırmanı bacarmalı;

Tələb olunan xüsusi bilik, bacarıq və səriştələr:

  • Analitik və deduktiv düşüncə, habelə yaxşı müşahidə bacarığına malik olmalı;
  • Ciddi, səbirli, komandada işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Gərgin iş şəraitinə və qrafikə uyğun işləməyi bacarmalı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fiziki dözümlülük;
  • Akrofobiyanın (yüksəklik qorxusu) olmaması;
  • İş proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyələr verməli;
  • Məkan təsəvvürünə malik olmalı;
  • İşi planlamaq və təşkilatçılıq bacarığına malik olmalı;
  • Dəqiqlik və detallara diqqət yetirməyi bacarmalı;
  • Tikinti, təmir və quraşdırma işlərinin normalarını, onların təhvil olunmasına dair texniki reqlamentləri, təhlükəsizlik qaydalarını, habelə texniki şərtləri mükəmməl bilməli;
  • Materialların xüsusiyyətləri və keyfiyyətlərinə dair biliklərə malik olmalı;
  • Tikinti sahəsində qabaqçıl təcrübə, müasir metodlardan, müasir alətlərdən istifadə etmək, habelə tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına əzarət etmək bacarığı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Korporativ mobil nömrə və danışıq vaxtı;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
  • İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
  • İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Memar

Ə/h razılaşma yolu ilə. Qala Group Memar vəzifəsi üzrə vakansiya elan edir. Əllə eskizləri çəkmək bacarığı olmalıdır.

Qala Group - Bakı - 15.10.2021

450 — 500 ₼

Fəhlə

MSDIS Holding Fəhlə vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding - Gədəbəy - 15.10.2021

Road Construction Project Manager

Key Responsibilities: Monitor construction to ensure project is built on schedule and within budget Manage project scheduling, resource allocation, cost projections, and billing Track and adjust quantities through all phases of each project Monitor daily cost reports for accuracy and cost overruns Review project plans, specifications and requirements with superintendent and operations manager prior to […]

North West Construction - Bakı - 15.10.2021

Laboratoriya üzrə mütəxəssis (Kürdəmir)

Ə/h razılaşma yolu ilə. Azersun Holding Laboratoriya İnspektoru vəzifəsi üzrə vakansiya elan edir. Araşdırma və analizetmə bacarığı olmalıdır.

Azersun Holding - Kürdəmir - 15.10.2021

1200 — 1600 ₼

Mühəndis smetaçı

Ricon MMC Smetaçı-mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Tikinti texnologiyasını bilməlidir.

Ricon MMC - Bakı - 14.10.2021

Baş mexanik (nəqliyyat üzrə)

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. Səliqəli, çevik, operativ çalısan, bacarıqlı olmalıdır.

Mətanət A - Xırdalan - 14.10.2021

400 — 500 ₼

Fəhlə

Yük Express Fəhlə vəzifəsi üzrə vakansiya elan edir.

Yük Express - Bakı - 13.10.2021

CNC operatoru

Ə/h razılaşma yolu ilə. METAK CNC operatoru vəzifəsi üzrə vakansiya elan edir. Ölçmə işləri üçün bəsit riyazi biliklər olmalıdır.

Metak - Bakı - 13.10.2021

Alətçi-çilingər

Ə/h razılaşma yolu ilə. METAK Alətçi-çilingər vəzifəsi üzrə vakansiya elan edir.

Metak - Bakı - 13.10.2021

Fəhlə

“Aztech and Tegeta Motors” şirkəti ödənişli Fəhlə üzrə vakansiya elan edir.

Aztech and Tegeta Motors MMC - Bakı - 13.10.2021

400₼

Fəhlə

Ə/h 400 AZN. Atena MMC Fəhlə vəzifəsi üzrə vakansiya elan edir.

Atena MMC - Bakı - 13.10.2021

1200 — 2000 ₼

SƏTƏM Mühəndisi

Ə/h 1200-2000 AZN. SMTS MMC SƏTƏM Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

SMTS MMC - Bakı - 13.10.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et