İnşaat mühəndisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AQA Şirkətlər Qrupu İnşaat mühəndisi vakansiyasını elan edir.

Təsvir

Vəzifə öhdəlikləri:

  • Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
  • Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
  • Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
  • Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
  • Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
  • Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
  • Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
  • İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
  • AutoCAD proqramını bilmək arzuolunandır.
  • Əla səviyyədə Azərbaycan dili, normal səviyyədə İngilis dili biliyi;
  • MS Office proqramlarından yaxşı istifadə bacarığı.

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Mühəndis

Hira Construction and Supply Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hira Construction and Supply

23.06.2025 - Bakı

1000₼
Mühəndis

PRO CON İZO MMC Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

23.06.2025 - Bakı