Layihə meneceri – inşaat mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qartal Construction Company İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar firmanın hesabına verilir.

Tələblər:

  • İnşaat mühəndisi ixtisası üzrə ali təhsili olmalı;
  • Yaş: 22 – 35;
  • İngilis dili bilməli;
  • Müxtəlif təyinatlı obyektlərin tikintisi və xüsusilə hündürlükdə metal-konstruksiyaların quraşdırılması işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
  • Layihə sənədlərini mükəmməl oxuya bilmək və iş prosesində tətbiq etmək qabiliyyəti olmalı;
  • Dəqiq iş həcmlərini çıxara bilməli;
  • Təsdiqlənmiş iş həcmlərinə əsasən qiymətləndirmə hazırlaya bilməli;
  • Microsoft Office və Autocad proqramlarını mükəmməl bilməli; digər mühəndislik proqramlarını bilmək arzu olunandır;
  • İşi tikinti normaları və əməyin mühafizəsinə dair qanunvericilik aktları ilə təşkil etməli;

Vəzifə öhdəlikləri:

  • İşin təhlükəsiz, yüksək keyfiyyətlə və optimal zamanda tamamlanmasına rəhbərlik etmək;
  • Ofisdə və tikinti sahəsində layihəyə aid olan bütün işləri nəzərətdə saxlamaq, işin təşkilini nöqsansız yerinə yetirmək;
  • Tabeliyində olan işçilərə rəhbərlik etmək, işi planlaşdıraraq əvvəlcədən və düzgün bölüşdürmək;
  • Sifarişçi ilə danışıqlar aparmaq, müvafiq sənədləşmə işləri və aktların imzalanmasını təşkil etmək;
  • İş həcmləri çıxarmaq, qiymətləndirmə hazırlamaq;
  • Layihəndirmə və tikintiyə icazələrin alınması işlərinə nəzarət etmək;
  • Layihənin yüksək gəlirliliklə tamamlanması üçün lazımi tədbirləri görmək;
  • İşin gedişatı ilə bağlı firma rəhbərliyi və sifarişçiyə göndərilən gündəlik raportların hazırlanmasına nəzarət emək;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək;

İş haqqında məlumat:

  • Firmanın baş ofisi Sumqayıt şəhərində yerləşir. Sahədəki işlər əsasən Sumqayıt və Bakı şəhəri ərazisində olmaqla bərabər, Çilov adası, Neft daşları və platformalarda da yerinə yetirilir.
  • Firma tərəfindən nahar, iş saatlarında xidməti maşın və korporativ nömrə təmin olunur;
  • İş saatı 08:00-18:00;
  • İstirahət günü – Bazar günü;

Əlaqə vasitələri:

CV-nizi mövzu hissəsində “Layihə meneceri-inşaat mühəndisi” qeyd edərək info@qartal.az email ünvanına göndərin. Telefon: 050-235-48-67

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı