İnşaat mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qartal Construction Company İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar firmanın hesabına verilir.

İşçiyə tələblər aşağıdakı kimidir:

  • 3 il uyğun təcrübəsi olmalı;
  • İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
  • Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
  • İngilis dilində yaxşı biliyə malik olmalı;
  • Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • Avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsinin olması uyğundur.

İşçinin yerinə yetirdiyi işlər aşağıdakılardır:

  • BP şirkəti və SOCAR-ın struktur bölümlərinin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
  • Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin uyğun yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • Təhvil-təslim aktlarının tərtib edilib Sifarişçinin imzalaması üçün hazırlanması;
  • Gündəlik Raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İşçi üçün yaradılan şərait:

  • Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
  • İş yeri Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllədə yerləşən Qartal Tikinti Firmasının baş ofisindədir.

Maraqlananların aşağıdakı email ünvanına CV-lərini göndərmələri tələb olunur: info@qartal.az
Göndərdiyiniz müraciət e-mailin mövzu hissəsində inşaatçı mühəndisi üçün CV qeyd etməklə göndərin.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı