Qısa məzmun
Ricon MMC İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmək.
- Layihədə olan uyğunsuzluqların müəyyən edilməsi və müvafiq həll variantının verilməsi.
- Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İş qrafikinin tərtib edilməsi.
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- İş Metodunun hazırlanması.
- İşlərin İcra Aktlarının hazırlanması.
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi.
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkili.
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilmək.
- Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
- Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkili.
- Obyektdə iş qrafiki və İş metoduna uyğun Tikinti Quraşdırma İşlərinin təşkil edilməsi.
Namizədə dair tələblər:
- Tələb olunan təhsil və biliklər:
- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İnşaat mühəndisi vəzifələrdə inşaat sektorunda ən az 5 il iş təcrübəsi olmalı
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə )
- Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD, Tekla)
- Komandada işləmək bacarığına sahib olmalı;
- Əmək haqqı: Bazar qiymətlərinə uyğun olaraq müsahibə əsnasında müəyyən olunacaq.
- İş qrafiki: 5 günlük
- Xahiş olunur CV azərbaycan dilində təqdim olunsun
- Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnşaat mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.