Qısa məzmun
ATEF Şirkətlər Qrupu İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihə-smeta sənədlərinin, iş həcmlərini və spesifikasiyalarını analiz etmək;
- Smetalarda olan uyğunsuzluqları müəyyən etmək və düzgün iş həcmlərini hesablayaraq tərtib etmək;
- İşin yerinə yetirilməsində riskləri qiymətləndirmək və təhlükəsiz iş metodunu hazırlamaq;
- İşlərin İcra Aktlarını hazırlamaq;
- Maddi məsul şəxs olaraq material, avadanlıq, inventar, maşın-mexanizmin qənaətli sərfiyyatını və anbar işini təşkil etmək;
- Tikinti quraşdırma işlərini ölkədə qəbul edilən normalara və beynəlxalq normalara uyğun aparmaq;
- Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsini təmin etmək;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını sifariş etmək;
- Tabeliyində olan əməkdaşların işlərini təşkil etmək və onlara nəzarəti həyata keçirmək;
- Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılmasına nəzarət etmək;
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi);
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
- Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi,
- Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD);
- Azərbaycan və rus dillərini yazılı və şifahi şəkildə əla səviyyədə bilmək (inglis dili arzuolunandır);
- Regionlara ezamiyyətə getmək imkanı olmalıdır.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “İnşaat mühəndisi” göstərin.
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...