Qısa məzmun
Azersun Holding şirkəti İnşaat layihə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumatlar:
- İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
- Müvafiq sahəyə uyğun ən azı 5 il iş təcrübəsinə sahib olmalı;
- Suvarma sistemlərindən məlumatlı olanlara üstünlük veriləcək;
- Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
- Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
- Müəllif nəzarəti jurnalının və gizli akt formalarının tərtibi qaydalarını bilməli;
- Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
- AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.
İş haqqında məlumat:
- İnşaat layihə sənədlərinin Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
- Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
- Optimal konstruktiv həll variantlarının verilməsi;
- Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
- Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
- Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;
- Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.
İş yeri:
- Bakı və bölgələr
- 5 günlük iş qrafiki.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat layihə mühəndisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...