İnşaat layihə mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AZƏRSUN HOLDİNQ İnşaat layihə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

  • İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
  • Müvafiq sahəyə uyğun ən azı 1 il iş təcrübəsinə sahib olmalı;
  • Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
  • Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
  • Müəllif nəzarəti jurnalının və gizli akt formalarının tərtibi qaydalarını bilməli;
  • Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
  • AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.

İş haqqında məlumat:

  • İnşaat layihə sənədlərinin Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
  • Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
  • Optimal konstruktiv həll variantlarının verilməsi;
  • Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
  • Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
  • Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;

· Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat layihə mühəndisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı