İnşaat işləri üzrə layihə meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZEA Group İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı: 1000 – 1200 AZN ((net) namizədin təcrübəsindən asılı olaraq);

CV-nizi (yalnız foto ilə və Azərbaycan dilində) və təhvil verdiyiniz layihələrin siyahısını e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İnşaat İşləri üzrə Layihə Meneceri) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

İş yeri və qrafik: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə. 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi).
Məhsul və xidmətlər: Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz, landşaft, interyer və eksteryerlərin layihələndirilməsi, tikintisi və təmiri.

Uğurlu namizəd hansı vəzifələri icra edəcək:

  • İnşaat və təmir işlərinin layihələndirilməsi;
  • Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
  • Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
  • Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
  • Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
  • Tikinti və quraşdırma standartları və spesifikasiyaların tələblərinə uyğun layihələndirilmə üçün ilkin məlumatları hazırlamaq, layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
  • Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
  • Layihədəki büdcə risklərini təhlil etmək;
  • Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq və baş direktora təsdiq üçün təqdim etmək;
  • Sahələrdə tabeçiliyində olan iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Sahələrdə icra olunan və/ və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
  • Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi.

Biz kimi axtarırıq:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Layihələrin idarə olunması üzrə sertifikatlar;
  • İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 5 illik iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan vətəndaşı olmalı;
  • Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli. Rus və ingilis dilləri namizəd üçün əlavə üstünlükdür.
  • İT biliklər: MS Project, AutoCAD və Excel, proqramlarında işləmə bacarığı. Digər proqramlar namizəd üçün üstünlükdür: PrimaVera, Smeta.

Bilməlidir:

  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • Layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
  • Dəmir beton layihələndirmə və detalları mükəmməl bilməli.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan