İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Əmək bazarını araşdıraraq dövrün tələblərinə uyğun ixtisasların tədrisi ilə bağlı təkliflər verir;
  • Beynəlxalq təcrübəyə əsaslanaraq yeni tədris proqramlarının tətbinə dair təkliflər hazırlayır;
  • Faktiki tədris olunan ixtisaslar üzrə yeni innovativ texnologiyalardan istifadə edərək proqramların keyfiyyət göstəricilərinin artırılmasına yönəlmiş təkliflər ilə çıxış edir;
  • Beynəlxalq təcrübədə əmək bazarları haqqında nümunəvi araşdırma modellərinin tətbiqinə dair təklifləar hazırlayır;
  • Yeni tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması istiqamətində təkliflər verir;
  • Tədris proqramlarının keyfiyyətinin artırılmasına dair təkliflərlə çıxış edir;

Bilməlidir:

  • Azərbaycan Respublikasının qanunlarını;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis və rus dillərini işlək səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 100 (Bir min bir yüz) manat

Maraqlı olanlar CV-ni “İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...