İngilis dili müəllimi/IELTS təlimçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Global Learning & Development Partners şirkəti İngilis dili müəllimi/IELTS təlimçisi vəzifəsi üzrə vakansiya elan edir.

GLDP şirkəti işindən zövq alan və yüksək motivasiyalı müəllimləri komandaya qoşulmağa dəvət edir. Vakansiya həm ümumi ingilis dili, həm də IELTS müəllimləri üçün full-time olaraq nəzərdə tutulub.

Namizədlər üçün tələb olunan göstəricilər aşağıdakılardır:

  • Qeyd olunmuş vakasiyaya uyğun Ali təhsil (Magistr dərəcəsi və xaricdə təhsil üstünlükdür);
  • Ən azı 1 il iş təcrübəsi;
  • IELTS sertifikatı (minimum 7.5 bal);
  • İngilis dilinin tədrisi ilə bağlı sertfikatlar üstünlükdür (TKT, CELTA, TESOL, TEFL və ya digərləri).

GLDP heyətində mövcud səmimi münasibət və daim yeniliklərə açıq rəhbərlik sizə karyeranızı daha da inkişaf etdirməyə həvəsləndirəcəkdir. Siz məsuliyyətin və dəqiqliyin əsas prinsiplərdən olduğu komandaya qoşulacaq, işçilər arasındakı qarşılıqlı anlaşma və əməkdaşlıqdan yararlanacaqsınız. Həmçinin, müəllimlər həm işə başlamazdan öncə, həm də çalışdıqları müddətdə mütəmadi olaraq təlimlərdə iştirak edərək öz müəllimlik bacarıqlarını inkişaf etdirmiş olacaqlar.

Cv-lərinizi e-mail ünvanına göndərməyiniz və başlıqda İngilis dili müəllimi/IELTS təlimçisi yazmağınız xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...