İngilis Dili İnstruktoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Code Academy İngilis Dili İnstruktoru vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Code Academy Tech English və Digital Literacy kurrikulumu ilə ingilis dili tədrisini həyata keçirmək
  • 17+ yaş qrupa Elementary və Pre-intermediate səviyyələrində dərs vermək
  • Tələbənin dərsə hazırlığı və iştirakı barədə düzgün və effektiv rəy bildirmək
  • Tələbənin suallarına e-mail vasitəsilə rəy bildirmək
  • Biz sizə həftədə 5 günlük iş rejimi təklif edirik.

İş saatları: 19:00-21:45

Görmək istədiyimiz bilik və təcrübə:

  • 7+ IELTS
  • Pedaqoji təhsil mütləqdir
  • Ən azı 1 il pedaqoji təcrübə mütləqdir
  • CELTA və TKT olması üstünlükdür
  • Hər yaş qrupu ilə işləyə bilmək bacarığı
  • Qrup və individual yanaşma bacarığı
  • Müəllimlik işini sevmək

Axtardığımız qabiliyyətlər:

  • Tələbəni düşündürə bilmək və onu sual verməyə təşviq edə bilmək
  • Məsuliyyətlilik
  • Gülərüzlülük
  • Güclü ünsiyyət bacarığı
  • Səbirlilik
  • Öyrənməyə açıq olmaq
  • Özünəinam

Vəd etdiklərimiz:

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Öz ixtisasınızla bağlı spesifik biliyə yiyələnmək imkanı
  • Müvəffəqiyyətlə işlədiyiniz 1 ilin sonunda Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Əmək haqqı sizin gözləntiniz və saatlar nəzərə alınaraq sizi qane edəcək səviyyədə olacaq.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər https://qlor.me/ko8b5gq7 linkinə daxil olaraq müraciət edə bilərlər. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...