İngilis Dili İnstruktoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Code Academy İngilis Dili İnstruktoru vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

  • Code Academy-nin Tech English və Digital Literacy kurrikulumuna əsasən dərs keçmək;
  • Tələbələrin suallarını vaxtında cavablamaq;
  • Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
  • Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
  • Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər:

Aşağıdakıları bacarıqlar tələb olunur:

  • Ən azı 1 il pedaqoji təcrübəsinin olması;
  • 7+ IELTS;
  • CELTA və TKT olması üstünlükdür;
  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər https://qlor.me/ko8b5gq7 linkinə daxil olaraq müraciət edə bilərlər. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...