İnfrastruktur və Biznes Sistemləri üzrə Sistem Administratoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank İnfrastruktur və Biznes Sistemləri üzrə Sistem Administratoru vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/ldxb99k8

Təsvir

İşiniz nədən ibarətdir?

  • IT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, etibarlı işləməsinin və yenilənməsinin təmin edilməsi; baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi;
  • Ehtiyat surətlərin yaradılması prosesinin idarəedilməsi və nəzarətdə saxlanması;
  • Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD və s.) inzibatçılığının və etibarlı işləməsinin təmin edilməsi;
  • Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);
  • Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatı və icrası;
  • Daxil olan sorğuların vaxtında icra edilməsi;
  • Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi (“security hardening”);
  • Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması;
  • Müvafiq hesabatların hazırlanması;
  • Müvafiq texniki sənədləşmənin aparılması;
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: informasiya texnologiyaları, tətbiqi riyaziyyat və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi.
  • Təcrübə: sistem inzibatçılığı üzrə 2 il.
  • Xarici dil: ingilis (texniki səviyyədə yaxşı).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları, sistem inzibatçılığı üzrə bilik və bacarıqlar, şəbəkə protokolları və texnologiyaları haqqında biliklər (DNS, DHCP, AAA, Radius və s.)
  • Digər: analitik düşüncə və problem həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Üstünlük verilir: sistem inzibatçılığı üzrə sertifikatların olması (Microsoft MCP/MCSA, CompTIA Server+ və s.) əlavə üstünlükdür.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı