Qısa məzmun
PASHA Bank İnfrastruktur və Biznes Sistemləri üzrə Sistem Administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ldxb99k8
Təsvir
İşiniz nədən ibarətdir?
- IT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, etibarlı işləməsinin və yenilənməsinin təmin edilməsi; baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi;
- Ehtiyat surətlərin yaradılması prosesinin idarəedilməsi və nəzarətdə saxlanması;
- Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD və s.) inzibatçılığının və etibarlı işləməsinin təmin edilməsi;
- Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);
- Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatı və icrası;
- Daxil olan sorğuların vaxtında icra edilməsi;
- Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi (“security hardening”);
- Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması;
- Müvafiq hesabatların hazırlanması;
- Müvafiq texniki sənədləşmənin aparılması;
- Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: informasiya texnologiyaları, tətbiqi riyaziyyat və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi.
- Təcrübə: sistem inzibatçılığı üzrə 2 il.
- Xarici dil: ingilis (texniki səviyyədə yaxşı).
- Kompüter bilikləri: “Microsoft Office” proqramları, sistem inzibatçılığı üzrə bilik və bacarıqlar, şəbəkə protokolları və texnologiyaları haqqında biliklər (DNS, DHCP, AAA, Radius və s.)
- Digər: analitik düşüncə və problem həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
- Üstünlük verilir: sistem inzibatçılığı üzrə sertifikatların olması (Microsoft MCP/MCSA, CompTIA Server+ və s.) əlavə üstünlükdür.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...