Qısa məzmun
Sağlam Ailə İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Windows server əməliyyat sistemlərini bilməli;
- Şəbəkə sistemlərinin konfiqurasiyası və idarə edilməsi;
- ERP proqramın idarəedilməsi;
- İT sistemlərə qulluq edilməsi (CRM, şəbəkə etibarlılığı, proqram təminatının inteqrasiya və s.);
- Avadanlıqların idarə edilməsi;
- Siyasətin / prosedurların hazırlanması;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyəti sahədə 6 ildən artıq iş təcrübəsi;
- MS SQL bilikləri;
- Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
- Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
- Məxfilik, diqqət, təhliletmə qabiliyyəti.
Qeyd:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İKT Menecer” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis
AFB Bank Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...