Qısa məzmun
Kaspi Təhsil Şirkəti İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
- İnformasiya Texnologiyaları sahəsində orta ixtisas və ya ali təhsil;
- İT sahəsində 1 ilədək təcrübə;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
- Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
- Windows ƏS üzrə biliklər;
- Windows server üzrə təməl biliklər;
- MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
- LAN, WAN, DNS, DHCP sistemləri üzrə biliklər;
- Şəbəkə printerləri, modem, marşrutlayıcı (router), çeviricilər (switch) üzrə biliklər;
- Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
- Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
- Access Control system üzrə biliklər (arzu olunandır);
Vəzifə öhdəlikləri:
- İnformasiya texnologiyaları infrastrukturunu yaratmaq və fasiləsiz işini təmin etmək;
- Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
- Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
- Məlumatların arxivləşdirilməsini təşkil etmək;
- Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
- İT dəstək, infrastrukturu və sistemləri idarə etmək.
İş yeri: “Kaspi” Beynəlxalq Məktəbi (Ünvan: Natiq Əliyev 26)
Son müraciət tarixi: 15.06.2021
- Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Middle DevOps Engineer
Job Summary: As a DevOps Engineer, you will be responsible for designing, implementing, and maintaining our infrastructure and CI/CD pipelines. You will collaborate with ...
600 — 800 ₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...