İnformasiya texnologiyaları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İnternet trafikinin analizini təmin edir;
  • Telefon şəbəkəsinin istifadəsi barədə sənədlərin hazırlanmasında iştirak edir;
  • Telefon şəbəkəsi ilə bağlı texniki problemlərin həllində iştirak edir;
  • Təşkilatın lokal şəbkəsinin təşkilində iştirak edir;
  • Şəbəkə avadanlığının yeniləşməsinin planlaşdırılması məqsədilə kompyuter texnologiyaları sahəsində yenilikləri izləyir;
  • İnformasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasında iştirak edir;
  • İnternet şəbəkənin yaradılması və təminatı üzrə işləri yerinə yetirir;
  • İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;
  • İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həll;
  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
  • Mərkəzin şəbəkə sisteminin qurulması, mütəmadi nəzarətdə saxlanılması;
  • Nəzarət müşahidə kameralarının fasiləsiz işləməsinin təmin olunması;
  • Mərkəzin veb saytının yaradılmasında, dizayn tərtibatında, saytda yerləşdiriləcək məlumatların dəqiqləşdirilməsində, lazımi informasiyanın təmin edilməsində iştirak etmək və saytın daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Mərkəzin sosial şəbəkələrdəki səhifələrini idarə etmək, müxtəlif məlumat portallarında Mərkəz haqqında informasiya yerləşdirmək və nəzarətdə saxlamaq;
  • Mərkəzə dair muxtəlif tədbirlər (konfrans, iclas, görüş, seminar, mətbuat konfransı və s.) təşkil etmək.

Bilməlidir:

  • İstismarda olan texniki avadanlıqların ümumi iş prinsipini;
  • Şəbəkənin ümumi xüsusiyyətlərini, müvafiq təlimatları, şəbəkənin ümumi strukturunu və işləmə prinsipini,
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • İnformasiya texnologiyaları üzrə ali təhsilin olması;
  • Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
  • Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Qrafik dizayn proqramlarının əsaslarını bilməlidir;
  • Əməliyyat sistemləri ilə bağlı işləri yüksək səviyyədə bilməlidir;
  • Proqram təminatı ilə bağlı işləri (Software) yüksək səviyyədə bilməlidir;
  • İT avadanlıqları ilə yüksək iş bacarıqları (Hardware) olmalıdır;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “İnformasiya texnologiyaları üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı