İnformasiya texnologiyaları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Supply şirkəti İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

zifə öhdəlikləri:

  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
  • İnformasiya axını sisteminin və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
  • Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər görmək;
  • Cəmiyyətin korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə  nəzarət edilməsində iştirak etmək;
  • Cəmiyyətdə istifadəçilərin keyfiyyətli və fasiləsiz internet bağlantısının olmasına nəzarət edilməsində iştirak etmək və istifadəçilərdə elektron poçtun keyfiyyətli və fasiləsiz işini təmin edilməsində iştirak etmək;
  • İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;
  • Cəmiyyətin mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onları quraşdıran şirkətlərlə müqavilələr bağlandıqda şərtlərin müəyyən edilməsində iştirak etmək, onların iş fəaliyyətinə nəzarət etmək və  qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;
  • Cəmiyyət üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;

Tələblər:

  • Ali təhsil
  • Mükəmməl Windows Əməliyyat sistemləri biliyi, itmiş informasiyaları bərpa etmək, müxtəlif proqram təminatlarını yazmaq, konfiqurasiya vermək, kompüteri şəbəkəyə qoşmaq və xətaları aradan qaldırmaq;
  • Proqram təminatlarında çıxan qüsurları aradan qaldırmaq;
  • Driverlerin yazılması, printer, kseroks, skayner, fax – ın quraşdırılması və bu avadanlıqlar üzrə texniki dəstəyi göstərməyi bacarığı;
  • Şəbəkə periferiya qurğularını qurasdırmaq biliyi;
  • Browserler üzrə ( Chrome, Mozilla, Explorer, Safari və s.) mukəmməl biliklər. Axtarış sistemləri ilə işləmə bacarığı;
  • Antivirusların yazılması və sazlanmasını bacarığı;
  • Windows Server əməliyyat sistemləri,ESXI;
  • Exchange, VLAN, VPN, DNS, DHCP, TCP/IP,EIGRP,OSPF,RIP,Access List,NAT,STP,Ether channel;Telnet,SSH,IP sec;
  • Hardware səviyyəsində biliklər, kompüterlərin hissələri haqqında mükəmməl biliklər;
  • İnternetin çəkilişi, Lokal şəbəkənin qurulması, topologiyası və prinsipləri;
  • Şəbəkə avandıqlarının (Router,L3 switch, L2 switch, access point, ADSL modem və.s ) quraşdırmaq və sazlamağı bacarığı;-

Əlavə məlumat:

  • Əmək haqqı:  Razılaşma yolu ilə;
  • İş qrafiki: I-V gün 09:00-18:00, şənbə,bazar-istirahət günü.
  • İş yeri: Bakı şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Şirkət tərəfindən təmin edilir:

  • korporativ nömrə ;
  • ezamiyyə xərcləri;

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “İnformasiya texnologiyaları üzrə mütəxəssis” yazıb e-mail ünvanına  göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı