İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı/baş mütəxəssisi (analitik) vəzifəsi üzrə vakansiya elan edir.

Nəzarət departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı/baş mütəxəssisi (analitik)

Ümumi məlumat:

Kapital Bank namizədləri Nəzarət departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik) vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • İnformasiya təhlükəsizliyi idarə edilməsi sisteminin təkmilləşdirməsi üçün təkliflər vermək;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üçün tələb olunan reqlamentlərin hazırlanmasında iştirak etmək;
  • Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək;
  • Yeni layihə və təşəbbüsləri, həmçinin, digər struktur bölmələrdən daxil olmuş sorğuları informasiya təhlükəsizliyi baxımından təhlil etmək;
  • İnformasiya təhlükəsizliyi işində tətbiq olunan müasir üsullar və sistemlərlə tanış olmaq, onları təhlil etmək və bunlarla bağlı şöbə risi və ya onu əvəz edən şəxs qarşısında təkliflərlə çıxış etmək, lazım olan təqdirdə bu yenilikləri şöbənin işində istifadə etmək;
  • Bank sirri xarakteri daşıyan məlumatların kənara sızılmasının və Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Banka məxsus informasiya sistemlərinin monitorinqini həyata keçirmək;
  • Requlyator tələblərinin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil;
  • İnformasiya Təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi.
  • İT sahəsində minimum 3 il iş təcrübəsi.
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
  • Yüksək üsniyyətqurma qabiliyyəti;
  • Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.

CV-lərinizi, mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı