İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə İşçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan LLC İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə İşçi İşçi vəzifəsi üzrə vakansiya elan edir.

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

BAŞLICA FƏALIYYƏTLƏR

  • Təşkilat üçün İnformasiya təhlükəsizliyi və davamlılıq üzrə yeganə rəsmi əlaqədar şəxs kimi çıxış etmək
  • İnformasiya təhlükəsizliyinin Təşkilatın biznes strategiyaları və tələbləri ilə davamlı inteqrasiyasını təmin etmək
  • Təşkilat daxilində Təhlükəsizlik və Davamlılıq Siyasətlərinin, standart və prosedurların həyata keçirilməsi prosesini asanlaşdırmaq və informasiya təhlükəsizliyinə dair yerli səviyyədə verilən tapşırıq və fəaliyyətlərin yerinə yetirilməsini təmin etmək
  • Təşkilat daxilində Təhlükəsizlik və Davamlılığa dair “Risk və Uyğunluq” Fəaliyyətlərini koordinasiya etmək və dəstəkləmək
  • Məlumatların Sızmasının Qarşısının Alınması ilə bağlı hadisələrə nəzarət etmək və bu barədə məlumat vermək
  • Zəifliklərin müəyyənləşdirilməsi və düzəldilməsi barədə əsas tərəfdaşlarla əməkdaşlıq etmək
  • Biznes Təsir Analizini (BTA) asanlaşdırmaq
  • Təhlükəsizlik hadisələrinin mütəmadi nəzarətini həyata keçirmək
  • Layihə və Dəyişikliklərə Təhlükəsizlik və Davamlılıqla əlaqədar lazımi diqqəti göstərmək
  • Təşkilatda İnformasiya Təhlükəsizliyi və Davamlılığa dair məlumatlılıq və təlim proqramının həyata keçirilməsini koordinasiya etmək
  • Təşkilatın biznes bölmələri və infrastrukturu boyunca biznes və İT davamlılıq planını və fövqəladə hallardan çıxış cəhdlərini koordinasiya etmək
  • Təşkilatda İnformasiya Təhlükəsizliyi ilə bağlı hadisələrə reaksiyanı və bu barədə məlumat verilməsi prosesini koordinasiya etmək
  • Təyin olunan digər öhdəliklər

TƏLƏBLƏR:

  • Kompüter elmləri, kiber təhlükəsizlik, menecment informasiya sistemləri, biznesin idarə edilməsi və ya əlaqədar ixtisaslar üzrə bakalavr dərəcəsinə üstünlük verilir. Magistr dərəcəsi arzuolunandır.
  • Azərbaycan dilində səlislik tələb olunur. İngilis dilində səlislik üstünlükdür.
  • İnformasiya təhlükəsizliyi, risklərin idarə edilməsi vəzifəsi üzrə ən azı 2 illik rəsmi iş təcrübəsi, beynəlxalq səviyyədə olması arzuolunandır.
  • Mikromaliyyə və ya bank təşkilatlarında təcrübəyə üstünlük verilir.
  • ISO 27001, NIST, COBIT və PCI DSS kimi təhlükəsizliyə dair milli və beynəlxalq tənzimləyici uyğunluq standartları və çərçivələri barədə iş biliyi.
  • Beynəlxalq Sertifikat sahiblərinə (məsələn, CISSP, CISM, SANS GIAC, CBCI) üstünlük verilir
  • Təhlükəsizlik təminatçısı sertifikatları (məsələn, Cisco, TrendMicro, Splunk, Qualys) üstünlükdür

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 16 avqust 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı