İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Səlis Azərbaycan və İngilis dili bilikləri olmalıdır.

Vakansiya haqqında:

İdarə : Daxili İnformasiya Təhlükəsizliyi İdarəsi
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : H.Əliyev 106A
Son müraciət tarixi : 31.03.2020

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Şirkət məlumatlarının və şəbəkə vəsaitlərinin qorunması üçün müvafiq hüquqi tələblərə uyğun olaraq lazımi tədbir və prosedurları tədbiq etmək.
  • Layihələrin planlaması, nəzarəti və icrası zamanı İnformasiya Təhlükəsizliyinin nəzərə alınması.
  • Şəbəkə və məlumatların şirkətin təhlükəsizlik siyasətinə uyğunluğunu təmin etmək.
  • İnformasiya Təhlükəsizliyi ilə bağlı insidentləri idarə etmək və daxili və xarici araşdırmalara dəstək olmaq.
  • Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən etmək və onların təhlükəsizlik konsepsiyasına müvafiq icrasını təmin etmək.
  • 3-cü tərəf şirkətlərlə olan əməkdaşlığa dair təhlükəsizlik yoxlamaları aparmaq, İT/Şəbəkə məhsullarının təchizatçıları ilə olan müqavilələrin İKT təhlükəsizliyinə uyğunluğunu nəzərdən keçirmək.
  • Məxfi informasiyanın mümkün olan sızma kanallarını aşkar etmək və aradan qaldırmaq.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

  • Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə təhsilə üstünlük verilir)
  • Informasiya Texnologiyaları, Şəbəkə İnzibatçısı, Telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir.

Sizdən tələb olunan bacarıq və səriştəliklər

  • Şəbəkə və sistemlərin idarə edilməsi bacarıqları
  • CCNP, CCNA Security sertifikatlarının olması arzuolunandır
  • MPLS və DWDM texnologiyaları üzrə biliklərin olması arzuolunandır
  • Müxtəlif əməliyyat sistemləri, proqram təminatları, UNIX, Windows, Mac, ERP sistemləri və serverlər üzrə məlumatlı olmaq
  • C, Python, PHP, JavaScript, Ruby, Bash scripting və s kimi ən populyar dillərdə yazma bacarığı arzuolunandır.
  • Şəbəkə trafiki analizini anlamaq
  • Bütün əsas informasiya təhlükəsizliyi sahələri üzrə anlayışlar: İznlərə nəzarət sistemləri, kataloq xidməti sistemləri, proqram təminatlarının təhlükəsizliyi, sistemlərin yaradılması və inkişafı, kriptoqrafiya texnologiyaları, məlumat və sistemlərinin tamlığına nəzarət, şəbəkə və internet təhlükəsizliyi və s.
  • Müstəqil işləmək bacarığı və riskləri, potensial problemləri menecerə çatdırma qabiliyyəti;
  • Səlis Azərbaycan və İngilis dili bilikləri

Müraciət etmək üçün:

CV-nizi recruitment@azerconnect.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı