İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında:

  • İdarə : Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi
    İş qrafiki : Standart
    İş müddəti : Daimi
    İş yeri : H.Əliyev 106A
    Son müraciət tarixi :  15 Sentyabr 2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Şirkət məlumatlarının və şəbəkə vəsaitlərinin qorunması üçün müvafiq hüquqi tələblərə uyğun olaraq lazımi tədbir və prosedurları tədbiq etmək.
  • Layihələrin planlaması, nəzarəti və icrası zamanı İnformasiya Təhlükəsizliyinin nəzərə alınması.
  • Yerli və beynəlxalq tənzimləmələrə əsasən məlumatların təhlükəsizliyi və məxfiliyini təmin etmək.
  • Şəbəkə və məlumatların şirkətin təhlükəsizlik siyasətinə uyğunluğunu təmin etmək.
  • İnformasiya Təhlükəsizliyi ilə bağlı maarifləndirmə fəaliyyətini həyata keçirmək.
  • İnformasiya Təhlükəsizliyi ilə bağlı insidentləri idarə etmək və daxili və xarici araşdırmalara dəstək olmaq.
  • Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən etmək və onların təhlükəsizlik konsepsiyasına müvafiq icrasını təmin etmək.
  • Yeni xidmətlər və məhsullara dair məlumat/texniki/fiziki/aktivlərin təhlükəsizliyinə nəzarət etmək.
  • 3-cü tərəf şirkətlərlə olan əməkdaşlığa dair təhlükəsizlik yoxlamaları aparmaq, İT/Şəbəkə məhsullarının təchizatçıları ilə olan müqavilələrin İKT təhlükəsizliyinə uyğunluğunu nəzərdən keçirmək.
  •  Məxfi informasiyanın mümkün olan sızma kanallarını aşkar etmək və aradan qaldırmaq.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə təhsilə üstünlük verilir)
  • Informasiya Texnologiyaları, Telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir.
  • İT Təhlükəsizlik texnologiyaları və vasitələri üzrə təcrübə
  • ISO 17799, 27001, 27002/BS7799 and COBIT Beynəlxalq təhlükəsizlik standartları üzrə iş təcrübəsi.

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Şəbəkə və sistemlərin idarə edilməsi bacarıqları
  • Müxtəlif əməliyyat sistemləri, proqram təminatları, UNIX, Windows, Mac, ERP sistemləri və serverlər üzrə məlumatlı olmaq
  • C, Python, PHP, JavaScript, Ruby, Bash scripting və s kimi ən populyar dillərdə yazma bacarığı.
  • Şəbəkə trafiki analizini anlamaq
  • Bütün əsas informasiya təhlükəsizliyi sahələri üzrə anlayışlar: İznlərə nəzarət sistemləri, kataloq xidməti sistemləri, proqram təminatlarının təhlükəsizliyi, sistemlərin yaradılması və inkişafı, kriptoqrafiya texnologiyaları, məlumat və sistemlərinin tamlığına nəzarət, şəbəkə və internet təhlükəsizliyi və s.
  • Müstəqil işləmək bacarığı və riskləri, potensial problemləri menecerə çatdırma qabiliyyəti;
  • Səlis Azərbaycan və İngilis dili bilikləri

Müraciət etmək üçün:

  • Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
    Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
    Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı