İnformasiya təhlükəsizliyi mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2000-3000 AZN. Modenis LLC eManat İnformasiya təhlükəsizliyi mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların müəssisəyə tətbiqi və təkmilləşdirilməsi;
  • İnformasiya təhlükəsizliynin təmin edilməsi üçün siyasət, qayda, prosedur və təlimat üzrə işlərin yerinə yetirilməsi , nəzarət mexanizminin qurulması və bu sahədə normativ-hüquqi bazanın inkişaf etdirilməsi ;
  • Müəssisədə informasiya təhlükəsizliyinin ölçmə meyarlarının müəyyən edilməsi və uyğunluğunun yoxlanılması;
  • İnformasiya təhlükəsizliyi üzrə hesabatların hazırlanması;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
  • İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və ölçmə meyarlarının test olunması;
  • İnformasiya təhlükəsizliyi üzrə monitorinq və təhlillərin aparılması;
  • Məlumatların klassifikasiyasını həyata keçirmək;
  • İT resurslarında istifadəçi hüquqlarının müəyyən edilməsi və bu istiqamətdə periodik müşahidələrin aparılması;
  • İnformasiya təhlükəsizliyi üzrə müxtəlif monitorinq sistemlərində nəzarətin həyata keçirilməsi;
  • Yeni informasiya təhlükəsizliyi sistemlərinin test edilməsi, tətbiqi üçün siyasətlərin müəyyən edilməsi;
  • Kriptoqrafik açarlar və sertifikatlarla işin aparılması və onlara nəzarət;
  • İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və bunların qarşısını almaq üçün
  • dbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək;
  • Əməkdaşların müəssisə resurslarında informasiya təhlükəsizliyi qaydalarına əməl etməsi üçün maarifləndirmə işlərinin təşkili;
  • Əməkdaşların informasiya təhlükəsizliyini təmin edəcək tələbnamələrinin tərtib olunması və izlənilməsi;
  • Proqram təminatının nəzarəti və qurulmasını həyata keçirir;
  • İT resursları üzrə bütün dəyişikliklərinin qeydlərinin təhlili;
  • İT resurslarına giriş hüquqlarının verilməsinə və istifadəsində müşahidələrin aparılması;
  • İT infrastrukturunda təkmilləşdirmə işlərinin bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;

Namizədə qoyulan tələblər:

  • Ali təhsil (Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi olanlara üstünlük veriləcək)
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Komanda şəklində işləmə bacarığı;
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Yüksək üsniyyətqurma qabiliyyəti;
  • Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
  • İT təhlükəsizliyi həlləri üzrə biliklərin olması;
  • Dil bilikləri: Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq; İngilis dili – Intermediate, Rus dili – B1. ;
  • Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır

İş şəraiti:

  • Ofis daxili;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən 2000-3000 AZN
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin verilməsi;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
    Göndərilən CV-lərdə mövzu adı yerində “İT təhlükəsizlik inzibatçısı” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı