Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət departamentində Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • İnformasiya təhlükəsizliyi üzrə daxili audit yoxlamalarını planlaşdırmaq, həyata keçirmək və hesabatlar hazırlamaq;
  • İnformasiya sistemləri və prosesləri üzrə zəifliklikləri müəyyənləşdirmək və təhlükəsizlik pozuntularının qarşısını almaq üçün tədbirlər planını inkişaf etdirmək;Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager)
  • Bank üzrə İT risklərinin idarə edilməsi sistemini inkişaf etdirmək;
  • Requlyator tələblərin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək;
  • İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin təkmilləşdirməsi üçün təkliflər vermək;
  • Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək;
  • Yeni layihə və təşəbbüsləri, həmçinin, digər struktur bölmələrdən daxil olmuş sorğuları informasiya təhlükəsizliyi baxımından təhlil etmək;
  • İnformasiya təhlükəsizliyi işində tətbiq olunan müasir üsullar və sistemlərlə tanış olmaq, onları təhlil etmək və bunlarla bağlı şöbə rəisi və ya onu əvəz edən şəxs qarşısında təkliflərlə çıxış etmək, lazım olan təqdirdə bu yenilikləri şöbənin işində istifadə etmək.

Tələblər:

  • Ali təhsil;
  • İnformasiya Təhlükəsizliyi, İT və ya İT audit sahəsində minimum 3 il iş təcrübəsi.
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
  • Yüksək üsniyyətqurma qabiliyyəti;
  • Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.

Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində ” Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager)” qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı