İnformasiya Sistemlərinin Dəstəklənməsi şöbəsinə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya Sistemlərinin Dəstəklənməsi şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera inkişafı imkanları;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
  • Xəstəxana idarəetmə sistemlərinin istifadəsi ilə bağlı minimum 1 il praktiki təcrübə olması;
  • Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər olması;
  • Ofis proqramları üzrə yaxşı səviyyədə işləmə bacarığına malik olması;
  • Problemləri həll etmə, nəticəyönümlülük bacarığına malik olması;
  • Respublika üzrə bütün regionlara il ərzində mütəmadi ezamiyyələrə getmək imkanın olması;
  • ESD, JİRA sistemləri ilə iş təcrübəsinə malik olması arzu olunandır.

Görəcəyiniz işlər:

  • İcrasında olan sorğuları həll etmək, mümkün olmadıqda həlli istiqamətində müvafiq icraçıya yönləndirmək;
  • Sorğunun icrası ilə bağlı yekun nəticə əldə olunması və sorğunun bağlanması üçün sorğunu koordinasiyalı şəkildə təqib etmək;
  • Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərlə mütəmadi olaraq əlaqədə olmaq, mövcud problemlərin həlli istiqamətində dəstək göstərmək;
  • Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək, ehtiyac yarandığı təqdirdə proqram təminatının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;
  • Proqram təminatlarında baş verən yeniliklərlə bağlı mütəmadi olaraq təlimlərdə iştirak etmək;
  • Daxil olan rəsmi məktubları cavablandırmaq;

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 30.04.2022-ci il;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı