Yandex-watch
İnformasiya sistemləri və dəstək şöbəsində təcrübəçi, kiçik mütəxəssis peşəsi üzrə vakansiya — Yelo Bank — iş elanları 2021

İnformasiya sistemləri və dəstək şöbəsində təcrübəçi, kiçik mütəxəssis peşəsi üzrə vakansiya 2020 / 2021

Baxış sayı:  477

Yelo Bank İnformasiya sistemləri və dəstək şöbəsində təcrübəçi, kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək analitik düşüncəyə sahib olmalıdır.

Yelo Bank Vakansiya 2021

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin bərpası departamentinin İnformasiya sistemləri və dəstək şöbəsində təcrübəçi, kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “MİS_təcrübəçi, kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Kreditlərin bərpası departamenti, İnformasiya sistemləri və dəstək şöbəsi
Vəzifə: Təcrübəçi, Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Kreditlərin Bərpası Departamentinin gündəlik işi ilə əlaqədar olan hesabatların hazırlanması;
  • Kreditlərin Bərpası Departamentinin kredit portfeli haqqında aylıq hesabatın hazırlanması;
  • Kreditlərin Bərpası Departamentinin statistik materiallar bazasının saxlanması və yenilənməsi;
  • Kreditlərin Bərpası Departamentinin sənədlərinin arxivləşdirilməsi;
  • Komitənin qərarlarının qeydiyyatı, uçotu və saxlanması, eləcə də sənəd dövriyyəsinin vaxtlı-vaxtında icrasının təmin olunması;
  • Kreditlərin Bərpası Departamentinin əlaqələrinin, o cümlədən memorandumların göndərilməsinin dəstəklənməsi; rabitə kanalları (faks, e-mail və s.) vasitəsi ilə məlumatların qəbulu və ötürülməsi. Bankın digər departamentləri ilə düzgün və effektiv əməkdaşlığın yaradılması;
  • Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin filiallardan qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
  • Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin arxivdən qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
  • Girovda olan əmlakın saxlanması haqqında bildirişin hazırlanması və göndərilməsi və əmlakın saxlanması haqqında bildirişin qeydiyyata alınması üçün ərizələrin hazırlanması və göndərilməsi, qeydiyyata alınması;
  • Yaşayış yerindən arayış almaq üçün sorğular siyahısının hazırlanması və DİN-nin Pasportların Qeydiyyatı və Miqrasiya üzrə Baş İdarəsinə göndərilməsi;
  • Maliyyə arayışlarının hazırlanması.

Tələblər:

  • Riyazi və ya iqtisadi sahədə ali təhsil;
  • Analitik düşüncə, riyazi biliklər;
  • Yaxşı səviyyədə Microsoft Office proqramları üzrə bacarıqlar (Word, Excel);
  • Dil tələbləri: Azərbaycan dili səlis, Rus və İngilis dili bilməsi arzuolunandır;
  • Komandada işləmək bacarığı və stressə davamlılıq;
  • Məsuliyyət, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Baxış sayı:  477

Baş Mühasib

Ə/h razılaşma yolu ilə. Superfon Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliklər tələb olunur.

Superfon - Bakı - 13.05.2021

Monitorinq üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Monitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Optimal Electronics LLC - Bakı - 13.05.2021

Mühasib

Elmanado MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

ELMANADO MMC - Bakı - 10.05.2021

1C operatoru

Elmanado MMC 1C operatoru vəzifəsi üzrə vakansiya elan edir.

ELMANADO MMC - Bakı - 10.05.2021

Pərakəndə bankçılıq – Product owner

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinə Product Owner vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 10.05.2021

1200 — 1500 ₼

Qiymətləndirmə üzrə mütəxəssis

AS İnşaat MMC Qiymətləndirmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır.

AS İnşaat MMC - Bakı - 10.05.2021

Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.

FINCA Azerbaijan LLC - Bakı - 10.05.2021

İnvestisiya şöbəsinin baş mütəxəssisi

PASHA Life İnvestisiya şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

PASHA Life - Bakı - 09.05.2021

Kredit Mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Kredaqro Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarında işləmək bacarığı olmalıdır.

Kredaqro - Sumqayıt, Tovuz - 08.05.2021

2000 — 3000 ₼

Baş Mühasib

MSDIS Holding Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding - Bakı - 08.05.2021

Müştəri Meneceri

PASHA Bank Müştəri Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət etməlidir.

PASHA Bank - Quba - 08.05.2021

Agile Coach

We are looking for candidates to fill an Agile Coach position. Please apply if you want to take a part in the Bank’s transformation and work in a start-up like environment. Summary of role Agile Coach will be responsible for shifting and transforming the mindset of the organization to become more agile. Agile coach will Educate and […]

Paşa bank - Bakı - 08.05.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et