İmtahanların təşkili üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi İmtahanların təşkili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzdə keçiriləcək imtahanlara hazırlıq prosesinin təşkil olunması;
  • Müsahibələrin keçirilməsi üçün lazım olan sənədlərin hazırlanması və aidiyyatı üzrə nizamlanması;
  • İmtahan otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;
  • İmtahan materiallarını arxivləşdirmək;
  • Mərkəzdə keçirilmiş kursların müdavimlərinin beynəlxalq sertifikat alması üçün üçüncü tərəf qiymətləndirmə şirkətinin seçilməsi və cəlb olunması prosesində iştirak etmək;
  • İmtahanların keçirilməsinin təşkili və sertifikatlaşma prosesində iştirak etmək;
  • Tələbələrin imtahana buraxılışlarının, imtahanlarda iştirakları prosesinin düzgün və vaxtında aparılması işinin koordinasiya edilməsi;
  • Mərkəzin daxilində akademik keyfiyyətin təminatı şurası ilə şıx əməkdaşlıq qurur;
  • Keçirilən imtahanların nəticələrinin qiymətləndirilməsində iştirak etmək;
  • İmtahan iştirakçılarının nəticələrinin düzgün və qəbul olunmuş prosedur qaydalara əsasən açıqlamaq;
  • İmtahan prosesinin beynəlxalq standartlara əsasən təşkil olunmasına nəzarət etmək;
  • Keçirilmiş imtahan və iştirakçılar ilə bağlı vahid elektron bazanın yaradılması;
  • Hər bir imtahan otağı üçün oturma planlarının hazırlanması;
  • Tələbələr və iştirakçılar üçün imtahan cədvəllərinin hazırlanması;
  • Məxfi olan imtahan materiallarının qəbul edilməsi, yoxlanılması və prosedurlara əsasən saxlanılması;
  • İmtahanların həyata keçirilməsi zamanı baş verə biləcək qayda, qanun və hüquq pozuntuları haqqında prosedurların hazırlanması;
  • İmtahanların keçirilməsi zamanı baş verən pozuntuların qeydiyyata alınması, bu pozuntular haqqında qanunla və daxili təlimat ilə nəzərdə tutulan qaydada presedurların həyata keçirilməsilə bağlı təkliflərin rəhbərliyə təqdim olunması;
  • İmtahan sertifikatlarının hazırlanması.

Bilməlidir:

  • Azərbaycan Respublikasının qanunlarını;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları və onların tətbiqini;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini işlək səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 500 (Bir min beş yüz) manat

Maraqlı olanlar CV-ni “İmtahanların təşkili üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...