Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Prokon MMC İlməkçi üzrə vakansiyasını elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Konteyner və digər yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək;
- Kran maşinistinə siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
- Yükün kütləsi və ölçülərinə əsasən (zəncirli yükqaldırma blokları, tirfor, buraz, və s.) yük tutucu vasitələrini seçmək və təhlükəsiz şəkildə istifadə etmə qaydalarını bilmək;
- Yük tutucu vasitələrin yararlı olub-olmamasının müəyyənləşdirmək;
- Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq;
- Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
- Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək;
- Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini,
- Yük tutucu vasitələrin iş prinsipini bilmək.
- Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
- Yük tutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək;
Tələb olunanlar:
- Təhsil dərəcəsi: orta
- Təcrübə: Sahə üzrə ən az 2-3 il,
Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi hr@prokon.az ünvanına mövzu yerində “İlməkçi” yazaraq göndərə bilərlərsiniz.
Deadline for CV submission – 15.01.2021