İlkin Nəzarət şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Bank Respublika ASC İlkin Nəzarət şöbəsinin mütəxəssisivəzifəs üzrə vakansiya elan edir.

“Bank Respublika” ASC Bank sisteminin idarə edilməsi üzrə mütəxəssis vakansiyasını elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Əməliyyatların AR-nın Qanunvericiliyinə, AR Mərkəzi Bankının və bankın daxili qaydalarının tələblərinə uyğunluğu üzrə rəylərin verilməsi;
  • Əməliyyat sahəsi üzrə əməliyyatlara ilkin və sonrakı nəzarətin aparılması;
  • Bankın ön ofisinin və departamentlərinin şifahi və yazılı sorğularının cavablandırılması;
  • Gündəlik və aylıq hesabatların hazırlanması;
  • Yeni hesabatların sifarişi və test edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dilləri;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Ən azı bir il bank təcrübəsinin olması arzuolunandır;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklərin olması;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Fikrini düzgün, dəqiq və dolğun şəkildə şifahi və yazılı ifadə etmək qabiliyyətinin olması;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2020-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İlkin Nəzarət şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə