İELTS və TOEFL müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Umbrella Learning Academy İELTS və ya TOEFL müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

Minimum vakansiya tələbləri::

  • Müvafiq sahədə ali təhsil
  • 3 ildən az olmayaraq pedaqoji staj
  • İngilis dilini C2 səviyyəsində bilmək
  • Minimum 8 IELTS balı, minimum 105 TOEFL balı
  • Beynəlxalq sertifikatlar – TKT / CELTA / DELTA (minimum TKT)

Tələb olunan bilik və bacarıqlar:

  • Danışıqlar aparmaq, təşkilati və analitik bacarıqlar
  • Microsoft Office proqramlarından istifadə etmə bacarığı
  • Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
  • Öyrənmək və inkişaf etmək istəyi
  • Komandada işləmək və liderlik bacarığı
  • Gülərüz və pozitiv olmaq

Vəzifə öhdəlikləri:

  • Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
  • Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;
  • Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;
  • Yerli təhsil laboratoriyasında sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;
  • Hər bir tələbənin ehtiyaclarını, davranışlarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;
  • Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;
  • Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;
  • Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmillişdirilməsi üçün maraq göstərir;
  • Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;
  • Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;
  • Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (imtahanlar, tədbirlər, və s.);

Əlavə məlumatlar:

  • • İş yeri: Umbrella Learning Academy MMC

• Maraqlananlar info@umbrella.az elektron poçt ünvanına öz CV-sini mövzu qismində  İELTS və ya TOEFL müəllimi  vakansiyası qeyd edərək müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...