Qısa məzmun
Azerbaijan Fish Farm şirkəti İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Orta və ya ali təhsil;
- Minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili, Rus dili, İngilis dili;
- Qida, pərakəndə ticarət, qida məhsulların istehsalı sahəsində təcrübə;
- MS Office (Excel, Outlook, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı olmalı, Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, idxal və ixrac əməliyyatları üzrə biliklər;
- Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq.
Vəzifə üzrə öhdəliklər:
- Şirkətin stratejik hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
- Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
- İdxal və ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
- İdxal və ixrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
- Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
- İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
- İdxal və ixrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
- Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
- Gömrük brokeri ilə işgüzar əlaqələrin qurulması;
- Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
- İdxal və ixrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyün yoxlanılması;
- İxrac üzrə satış planının yerinə yetirilməsi;
- Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
- Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...