İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Fish Farm şirkəti İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Orta və ya ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili, Rus dili, İngilis dili;
  • Qida, pərakəndə ticarət, qida məhsulların istehsalı sahəsində təcrübə;
  • MS Office (Excel, Outlook, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı olmalı, Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, idxal və ixrac əməliyyatları üzrə biliklər;
  • Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq.

Vəzifə üzrə öhdəliklər:

  • Şirkətin stratejik hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
  • Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İdxal və ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • İdxal və ixrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
  • Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
  • İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
  • İdxal və ixrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
  • Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
  • Gömrük brokeri ilə işgüzar əlaqələrin qurulması;
  • Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
  • İdxal və ixrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyün yoxlanılması;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı