İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SMTS MMC İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İctimaiyyətlə əlaqələr siyasətnin və prosedurların hazırlanması və tətbiq edilməsi;
  • Şirkətin İctimayyətlə əlaqələrinin düzgün koordinasiya və effektli idarə edilməsini; İctimaiyyətlə əlaqələr kanallarının düzgün seçilməsi;
  • İctimaiyyətlə əlaqələrə dair standartlarının hazırlanması və ona nəzarət;
  • İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılması, Şirkətin fəaliyyəti barəsində Sifarişçilərə təklif paketinin hazırlanması və ictimaiyyətdə şirkət adına yönəlmiş pozitiv mövqe yaratmaq;
  • İctimaiyyətlə əlaqələr fəaliyyəti üçün Satınalma departamentinin tələblərinə uyğun büdcənin hazırlamaq və şirkət rəhbəri ilə razılaşdırmaq;
  • Şirkətin rəsmi saytı və sosial şəbəkələrnin idarə olunması və sosial media səhifələri üçün xəbərlərin hazırlanması;
  • Sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Müxtəlif təqdimatların (Prezentasiya) hazırlanması;
  • Kopiraytinq (reklam xarakterli mətnlər, press relizlər, bəyanatlar və s.)
  • İctimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
  • Şirkətin promoşun məhsullarını hazırlanmasını təşkil etmək;
  • Sahibkarlarla işgüzar əlaqələri inkişaf etdirmək;
  • Şirkətin xarici imici haqqında məlumatın toplanması;
  • Şirkətin xeyriyyə proqramları, sosial ianələr üzrə fəaliyyətində ictimaiyyətlə əlaqələrin təşkili və təbliği;
  • İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili.

Namizədə olan tələblər:

  • Ali təhsil (Marketinq, reklam və jurnalistika sahələrində təhsili olan namizədlərə üstünlük verilir)
  • İctimaiyyətlə əlaqələr və marketinq sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli;
  • Ms office proqramları və dizayn proqramları;
  • Kreativlik,təşəbbüskarlıq,planlama və təşkilatçılıq bacarıqları;
  • Yüksək kommunikasiya və işgüzar ünsiyyət bacarıqları;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

18.03.2024 - Bakı