İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət linki: https://qlor.me/lwk90jdwxk

Təsvir

  • Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin layihələrinin təşkili və idarə edilməsinə yardımçı olmaq;
  • Əməkdaşlara yönəlik PR layihələri ilə bağlı İnsan Resursları departamentinin Daxili kommunikasiyalar bölməsi ilə əlaqədə olmaq;
  • PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi;
  • PR layihələrinin büdcələndirilməsinə iştirak etmək;
  • Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması;
  • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
  • KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək;
  • Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar, reklam, PR etmək bacarığı);
  • Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
  • Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.).

İş barədə məlumat

  • İş qrafiki: I-V günlər, 09:00-18:00;

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
  • İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Kommunikasiya və təqdimat bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...